“Bu gün biz açıq şəkildə görürük ki, bu radikal qüvvə, onun ətrafında birləşən siyasi, qeyri-hökumət və media qurumları xarici dövlətin maraqlarını daşıyıb, Gürcüstanı müharibə səfalətinə sürükləməyə çalışırlar. Səhv etməyə bizim haqqımız yoxdur, əks halda 2008-ci ilin avqust müharibəsi kimi fəlakət olacaq, ölkəmizə düşmən olan qüvvələr yerli qurumun köməyi ilə Gürcüstanın xəritədən yoxa çıxmağını planlaşdırır.
Bunu necə bağışlamaq olar?! Əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə qayıdıb Gürcüstanı müharibə alovuna sürükləmək olan xalqdan necə cavab tələb etməyək?!”,- Bidzina İvanişvili bildirib.