İvanişvili Qaxariyanın partiyasının üzvlərini məhkəmə ilə hədələyir

“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili IMEDI TV-yə müsahibəsində Gürcüstan Naminə Partiyasının üzvlərini və onun lideri Qiorqi Qaxariyanı cinayət məsuliyyətinə cəlb etməklə hədələyib. 

“Bu şəxs [Qiorqi Qaxariya] və onun yanında olanlar, əlbəttə ki, onları mühakimə etməli olacaqlar. Təbii ki, biz hər şeyi ağ-qara kimi sübut edəcəyik, onun nə etdiyini, nə üçün etdiyini və Milli Hərəkatı gətirməsi üçün nəcə çalışırdı. O, yaxşı bilir ki, Gürcüstan elə ertəsi gün müharibəyə cəlb olunacaqdır, biz bütün sənədləri məhkəmə səviyyəsində tərtib etmişik. Təbii ki, onları ciddi şəkildə cəzalandırmalı olacağıq, həm özünü, həm də partiyadaşlarını. Onların əksəriyyəti “Gürcü arzusu”nun üzvləri olub, bizim mandatla parlamentə daxil olublar. Bu gün özlərini axmaq yerinə qoyub, bir-birinin ardınca Milli Hərəkat povestini təkrarlayırlar, bəzən daha da pis gedirlər, təbii ki, ağır cəzaya layiqdirlər və cəzalarını alacaqlar ” – İvanişvili deyir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Birlik-Milli Hərəkat”ı seçki proqramının əsas istiqamətlərini təqdim edib

Növbəti Məqalə

Oktyabrın 25-i Gürcüstanda qeyri iş günü elan edilib

Oxşar Xəbərlər