İvanişvili Rusiya ilə ticarətin faydası haqqda

İvanişvili: Bu gün siz bilirsiniz ki, Rusiya ilə bərpa olunan ticarətin xalqa nə qədər faydası var

Ənənəvi bazarları dağıdan, alternativ bazar tapa bilməyən əvvəlki hakimiyyətdən fərqli olaraq, biz Gürcüstan məhsullarını Rusiya bazarına qaytara bildik, eyni zamanda, yeni bazarları da ələ keçirdik. Bu gün gürcü şərabı, meyvələri və bir çox başqa kənd təsərrüfatı məhsulları Avropa İttifaqı və ABŞ, Çin və dünyanın müxtəlif ölkələrində uğurla satılır. 

12 il əvvəl sizin qarşınızda çıxışım zamanı vurğulamışdım ki, Avropaya inteqrasiya bizim struktur seçimimizdir, lakin biz qonşularımızı seçə bilmədik və Avropaya inteqrasiya ilə paralel olaraq Rusiya ilə prinsipial, lakin düzgün mövqe tutmalı olduq.  Mən sizə söz vermişdim ki, hökumətimiz qonşularımızla münasibətləri normallaşdırmaq üçün hər şeyi edəcək və bu gün bərpa olunan ticarət əlaqələrinin yerli əhaliyə nə qədər xeyir verdiyini siz yaxşı bilirsiniz. 

Neytral.ge xəbər verir ki, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Qoridə seçki kampaniyasının regional tədbirində deyib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Birlik-Milli Hərəkat”ın Samqori rayonunda əhali ilə görüşü

Növbəti Məqalə

Müharibədən yayına bilərdik – Stoltenberq

Oxşar Xəbərlər