Bidzina İvanişvili, İrakli Kobaxidze, Vaxtanq Qomelauri və Tbilisi polisinin rəisi Sulxan Tamazaşvili – oliqarx və onun qulluqçuları qara siyahıya düşüblər. Avropalı siyasətçilər insanlara işgəncə verilməsi, jurnalistlərin və fəalların həbsi səbəbindən onlara qarşı sanksiya tətbiqi tələb edirlər. Onlarla deputat Mzia Amaqalobelinin və digər məhbusların azad edilməsini tələb edən sənədi imzalayıb.
“Mzia Amaqlobelinin aclıq aksiyası və ədalətsiz həbsi artıq dörd həftədir ki, davam edir və onun həyatı üçün kritik, geri dönməz təhlükə yaradır. Biz Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının və digərlərinin onun bütün lazımi tibbi yardımı almaması ilə bağlı məlumatlardan narahatıq. Biz vurğulayırıq ki, Gürcüstanın hazırkı hökuməti onun sağlamlığına dəyən bütün nəticələrə görə tam məsuliyyət daşıyır.
“Gürcü Arzusu” rəhbərliyinin Mzia Amaqlobelinin həbsinə səbəb olan şəraiti təhrif etmək və ona “xaricdən maliyyələşir” kvalifikasiyası verməklə onun peşəkar reputasiyasına xələl gətirmək cəhdlərinə aldanmırıq. Biz bütün siyasi məhbusların dərhal azad edilməsindən, son qanunsuz qanunların ləğvindən və müstəqil nəzarət altında yeni seçkilərin təşkilindən başlayaraq, Gürcüstanın Avro-Atlantik yolunun və demokratiyanın təcili bərpası üçün zəruri addımların atılmasına çağırışımızı bir daha təkrar edirik.
Biz bir daha ölkələrimizi və Avropa İttifaqını məsul şəxslərə qarşı sanksiyaları saxlamaq və ya tətbiq etməklə müvafiq cavab verməyə çağırırıq. Onların arasında Bidzina İvanişvili, İrakli Kobaxidze, Vaxtanq Qomelauri və Sulxan Tamazaşvili var” – sənəddə deyilir.
Bununla yanaşı, Britaniyada da oliqarx sanksiyalarının tərəfdarlarının sayı artır. Son məlumatlara görə, artıq 25 britaniyalı siyasətçi İvanişvilinin impiçmenti tələbini imzalayıb.