Gürcü Arzusu partiyasının sədri Bidzina İvanişvili partiyanın seçkiqabağı kampaniyasında şəxsən iştirak edib. Gürcüstanın ən zəngin vətəndaşının 2012-ci ildə hakimiyyətə gəlməzdən əvvəl və 12 il sonra verdiyi vədləri gəlin nəzərdən keçirək.
Neytral.ge xəbər verir ki, İvanişvilinin vədlərində hakimiyyətə gələnə qədər 2012-ci il seçki kampaniyasının leytmotivi olan həyat səviyyəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı vurğular zəifləyib və ya artıq demək olar ki, yoxdur.
Yaşam səviyyəsinin yaxşılaşdırılaması vədi:
– “Heç bir dövlət məmuru adi sakindən yaxşı yaşaya bilməz – biz buna presedent yaradacağıq”.
– “Uzunmüddətli faizsiz kreditlər 10 illik, 20 illik və ya daha uzun illik kreditlər”.
– “Söz verirəm ki, ən azı üç il, dövlət tərəfindən pulsuz budama, səpin, qulluq, yetişdirmə, qəbul və bazara çatdırılma xidməti alacaqsınız”.
Bidzina İvanişvilinin 2012-ci ildə hakimiyyətə gəlməzdən əvvəl Gürcüstan regionlarında seçicilərlə görüşləri zamanı verdiyi bu konkret vədlər sırasında 2013-cü ilin sonunadək- 60 zavod, üçüncü ildə-xalqın iqtisadi vəziyyəti, dördüncü ildə isə yaşam tərzinin yaxşılaşdırılması var idi.
2024-cü ildə üçüncü dəfə siyasətə qədəm qoyan və artıq seçki kampaniyasında fəal iştirak edən İvanişvili daha rifahla bağlı konkret heç nə demir – indi bu mövzu müharibə təhlükəsi ritorikasına bağlanıb.
“Oktyabrın 26-da “Gürcü arzusu” nə qədər çox səs alsa, ölkəmizdə bir o qədər əmin-amanlıq möhkəmlənəcək, noyabr və dekabr ayları, qarşıdakı 4 il nə qədər sakit keçsə, ümumi tərəqqi üçün bir o qədər az maneələr olacaq. Ölkənin və Gürcüstanın iqtisadi inkişafı, eləcə də Qərb tərəfdaşlarımızla münasibətlər bir o qədər tez güclənəcək”, – İvanişvili avqustun 21-də Mçxetada çıxışı zamanı bildirib.
2024-cü ildə Bidzina İvanişvili və onun “Gürcü arzusu” partiyasının komandası seçicilərə deyirlər ki, Gürcü arzusu olmasa ölkə müharibəyə sürüklənəcək.
Qərbdən və Rusiyadan təhlükə gözləntiləri
Siyasətə ilk dəfə qatılanda Bidzina İvanişvili prioritetləri arasında “Qərb dəyərlərinin bərqərar olması”, “Avroatlantik məkana inteqrasiya və Avropaya doğru irəliləmək imitasiyasının yox olduğunu” qeyd edib. Həmçinin çıxışında Qərb tərəfdaşlarının, o cümlədən sülh, sabitlik və ərazi bütövlüyü probleminin həllində rolu da vurğulanmışdı.
“Gürcüstan bunu (ərazilərin qaytarılmasını) təkbaşına edə bilməyəcək. Düzgün anı seçmək və münaqişəni danışıqlar yolu ilə həll etmək üçün bizə ABŞ və avropalı dostların köməyi lazımdır”, – İvanişvili 2012-ci ilin sentyabrında Amerika mediasına verdiyi müsahibədə deyib. O, həmçinin Avroatlantik inteqrasiyanın “Gürcüstanın taleyi” olduğunu qeyd edib.
Və 12 ildən sonra Bidzina İvanişvili Dövlət Departamentinin yüksək rütbəli rəsmisi və Amerikanın rəsmi nümayəndələri ilə görüşməkdən imtina edir və İvanişvili Qərb güclərini “Qlobal müharibə partiyası” şəklində, Gürcüstanı müharibəyə qarışmaq cəhdində ittiham edir.
İvanişvili əvvəldən Rusiya ilə münasibətlərin nizamlanmasından danışsada, heç vaxt deməyib ki, 2008-ci ilin avqust müharibəsi Rusiyanın qərəzli planı deyil, Qərbin sifarişi olub.İndi isə deyir:
“Onlar ( Qərb) ilk dəfə 2008-ci ildə Gürcüstanı Rusiyaya qarşı qoydular, 2014 və 2022-ci illərdə isə Ukraynanı daha da çətin vəziyyətə saldılar. Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı təcavüzünün əsas məqsədi Gürcüstanı ikinci cəbhəyə çevirməkdir”.
Agentlik
“[Hökumət] çoxlu iddialar irəli sürdü ki, azadlıq axtarışı xarici ölkənin agentliyidir… Saakaşvili sistemi məhv edilməlidir, və artıq hamı buna əmin idi. Qərb artıq bu qanunsuzluğa, eşidilməmiş zorakılığa göz yummayacaq – bu, artıq beynəlxalq qalmaqaldır”, – Bidzina İvanişvili 2012-ci il seçkiləri öncəsi Azadlıq meydanında çıxışı zamanı deyib.
İndisə son bir neçə ay öncə Gürcü Arzusu “Rus Qanunu”nu qəbul etməklə Bidzina İvanişvili də daxil olmaqla, bütün “Gürcü arzusu” vətəndaş cəmiyyətini – qeyri-hökumət təşkilatlarını və müstəqil medianı agent adlandırır.
P.S. Və sonda bütün bunların fonunda Oktyabrın 26-da seçicilər öz müstəqil seçimlərini edəcəklər: Ya İvanişvilinin növbəti boş vədlərinə inanacaqlar ya da ölkənin yeni səhifəsinə yol açacaqlar.