İvanişvilinin prezidenti Mixeil Kavelaşvili 613 məhkumu əfv edib.
“Gürcüstan prezidenti Mixail Kavelaşvili bayram münasibətilə 613 məhkumu əfv edib.
Gürcüstan prezidentinin Konstitusiya ilə ona verdiyi müstəsna səlahiyyətlərdən istifadə etməsi humanizm və dövlət marağı prinsipinə əsaslanır.
Göstərilən humanist münasibətlə əfv olunmuş şəxslərə ailələrinə qayıtmaq və cəmiyyətin yenidən tamhüquqlu üzvü olmaq imkanı verilib”, – Kavelaşvili sosial media hesabında yazıb.