İvanişviliyə qarşı sanksiyalar layihəsi hazırlanıbmı? – Danniqan nə deyir?
İvanişviliyə qarşı sanksiyalar layihəsi hazırlanıbmı? – “Azadlıq” radiosunun bu sualına cavab olaraq ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan deyir ki, ştatlar sanksiyaları əvvəlcədən elan etmirlər.
Danniqan deyir ki, o, bu məlumatı nə təkzib, nə də təsdiq edə bilər.
”Düşünürəm ki, siz bilirsiniz ki, biz heç vaxt sanksiyalar elan etmirik. Ona görə də sanksiyalar tətbiq edəcəyimiz barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilərəm. Bununla belə, dövlət katibi Blinkenin dediklərini bir daha təkrar edəcəyəm ki, ölkələrimizin ikitərəfli münasibətlərinə hərtərəfli baxış zamanı biz ixtiyarımızda olan xarici siyasət alətlərindən heç birinin istifadəsini istisna etməyəcəyik və bu alətlər arasında sanksiyalar da var”. Dannigan bildirib.