Jurnalist Nurlan Qəhrəmanlının “Meydan TV işi” ilə bağlı saxlanıldığı bildirilir

Nurlan Libre (Qəhrəmanlı)

“Portağal Media”nın təsisçisi, jurnalist Nurlan Qəhramənlı (Libre) fevralın 20-də günorta saatlarında Bakıda polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib.

APA Nurlan Qəhramanlının “Meydan TV” ilə əlaqəli cinayət işinə saxlanıldığını və məhkəməyə çıxarılacağını yazıb və əlavə edib ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Nurlan Qəhrəmanlı daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və təzyiqlərə məruz qaldığını bildirib.

Jurnalist 2023-cü ilin sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılmış və DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə təhdid olunduğunu bildirmişdi. DTX-dan Amerikanın Səsinə həmin iddia ilə bağlı cavab verilməmişdi.

Nurlan Qəhrəmanlı 2023-cü ilin sentyabrın 21-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham edilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Prezident Zurabişvili TAV-dan hava limanındakı hücuma cavab verməsini xahiş edir

Növbəti Məqalə

İsrailin paytaxtı Təl-Əvivdə 3 avtobus partlayıb

Oxşar Xəbərlər