Kaxa Kaladze – mənim ölkəmi təhqir edən amerikalı, avropalı, rus və ya çinli, fərq etməz, hamsı mənim düşmənimdir
Neytral.ge xəbər verir ki, Paytaxt meri Kaxa Kaladze amerikalı senatorların tənqidinə cavab olaraq deyir – “Bu cür bəyanatlar verən hər kəs düşməndir”.
Bundan əlavə, Kaxa Kaladze beynəlxalq müşahidəçiləri alqışladığını vurğulayıb.
“Seçkiləri müşahidə edəcək beynəlxalq missiyaların gəlişi yalnız müsbət haldır. Seçki kampaniyasının necə getdiyini görürsünüz. Mütləq sülh şəraitində bütün siyasi partiyaların ölkənin gələcəyi ilə bağlı fikirlərini ictimaiyyətə təqdim etmək imkanı var. Ayrı bir mövzu, həqiqətən də yalandan başqa deməyə sözü olmayan radikal qruplaşmadır.
Bu sözlərlə Gürcüstana istinad edənlərə gəlincə, onlar saxtakardırlar. Senatorun kim olmasının əhəmiyyəti yoxdur. Kim mənim ölkəmi təhqir edirsə, amerikalı, avropalı, rus və ya çinli olsun, hamı mənim düşmənimdir. Mənim ölkəmə, xalqıma hörmətsiz yanaşanlar və bu cür bəyanatlar verənlərin hamısı düşməndir”, – deyə Kaxa Kaladze bildirib.