Kaladze Tetritskaro məhkəməsinin qərarını anlaşılmaz adlandırır

Mən bu hakimin ailə üzvlərinin müsahibələrini eşitdim, hər şey aydındır – Kaladze Xuçua haqqında

Paytaxtın meri Kaxa Kaladze Tetritskaro məhkəməsinin qərarının motivini anlaşılmaz adlandırır və deyir ki, hakimin ailə üzvlərinin müsahibələrini dinlədikdən sonra ona hər şey aydın olub. 

“Mən bu gün Mərkəzi Seçki Komissiyasının bəyanatını eşitdim və irəli sürülən fərziyyə tamamilə özünü doğrultdu – heç bir sübut, fakt yoxdur. Bu qərarın hansı əsas və meyarlarla qəbul olunduğu tamamilə aydın deyil. MSK-nın Apellyasiya məhkəməsinə şikayət edəcəyini də eşitdim. Məhkəmə belə bir qərar vercəyi halda konkret sübutlara və faktlara əsaslanmalıdır” – Kaladze bildirib. 

Kaxa Kaladze məhkəmə iclasında keçirilən texniki baxışı spekulyasiya adlandırıb.  

“Bunlar fərziyyələrdir. Dünən və bu gün Şalva Papuaşvilinin Avropanın müxtəlif ölkələrində seçkilərin necə keçirildiyi, vəziyyətin necə olması ilə bağlı konkret faktlar və sübutlarla brifinqini dinlədiniz. Heç bir sübutunuz yoxdur, mamırla mübarizə aparırsınız, mamır da artiq yoxdur. Seçkilərlə bağlı hər şey açıq və aydındır” – Tbilisi meri deyir. 

Məlumat üçün bildiririk ki, dünən, noyabrın 4-də Tetritskaro məhkəməsi səsvermənin məxfiliyinin pozulmasını təsdiqləyib – hakim Vladimir Xuçua Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının (GGHA) iddiasını təmin edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İranın prezidenti „Gürcü arzusu”nu təbrik etdi

Növbəti Məqalə

Lavrov: Biz Gürcüstanla ikitərəfli münasibətlərin normallaşmasına davam etməyə hazırıq

Oxşar Xəbərlər