Kardin: Müşahidəçilərin hesabatları çox narahat edicidir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin oktyabrın 26-da Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanat yayıb. Kardin yazır ki, seçki müşahidəçilərinin hesabatları narahatedici və məyusedicidir və “Gürcü arzusu”nun seçkiqabağı dövrdəki hərəkətləri Gürcüstanın demokratik prosesinə xələl gətirib.
Kardininin sözlərinə görə, o, seçkidən sonrakı mühiti yaxından izləməyə davam edəcək və ABŞ-Gürcüstan münasibətləri çərçivəsində müvafiq cavabı müəyyən etmək üçün Bayden və Harris administrasiyası ilə işləməyə davam edəcək.