Bidzina İvanişvilinin sülhdən başqa hər şeyi – xaos, repressiya gətirdiyini qeyd edən Sopo Caparidze “Özünü elan edən hökumət prezidenti seçəndə sirk olur” deyir.
“Kavelaşvilinin prezident olması gürcü xalqına qarşı ən böyük təhqirdir. Sülh əvəzinə İvanişvili xaos və repressiya gətirdi. Bu böhrandan yeganə çıxış yolu rejim məhbuslarının azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsidir. Özünü təyin edən, özünü elan edən hökumətin prezident seçməsi, bir sirkdir. Kavelaşvili “Gürcü Arzusu” partiyasının prezidenti olacaq və heç vaxt Gürcüstanın legitim prezidenti olmayacaq”, – Sopo Caparidze deyir.