Diplomsuz prezidentliyə namizəd – Kavelaşvilinin təhsil sənədi varmı, varsa nə üçün təqdim olunmur?
2023-cü ilin mart ayında ON.ge – də yazı dərc olundu: Kavelaşvilinin təhsilini təsdiq edən sənədlər parlamentdə saxlanılmır.
Müvafiq məlumatı IDFI-nin icraçı direktoru Qiorqi Klidiaşvili yayıb, o, parlamentə açıq məktubla müraciət edib və deputatın təhsilini təsdiq edən sənədləri istəyib.
Niyə vacibdir: Rusiyayönlü və anti-Qərb hərəkatının deputatı Mixeil Kavelaşvili, minlərlə insana təsir edəcək Rusiya qanununu hazırlayanlardan biridir.
Parlamentin rəsmi saytında Kavelaşvilinin təhsil sahəsi boşdur.
Foto: Parlamentin saytından skrinşot
Təfərrüatlar: Kldiaşviliyə göndərilən məktubda qanunverici orqan deputatın təhsilini təsdiq edən sənədləri təqdim etmədiyini, ona görə də onların yanında saxlanmadığını bildirir.
“Yuxarıdakılara görə, biz bu sənədləri sizə göndərmək imkanından məhrumuq” – parlamentdən verilən cavabda deyilir.