Keçmiş baş nazirə hücum – Qiorqi Qaxariya prokurorluqdadır

Batumidə “Şeraton” otelində hücumla bağlı Qiorqi Qaxariya prokurorluğa çağırılıb – keçmiş baş nazir artıq Tbilisi Baş İstintaq İdarəsinə gəlib. İddialara görə, Qaxariya zərərçəkmiş şəxs statusu almaq və ifadə vermək üçün prokurorluğa çağırılıb.

Söhbət “Gürcü Arzusu” deputatlarının ona hücumundan gedir.

Hücumda hədəf alınan media eksperti Zviad Koridze də zərərçəkmiş statusu alıb.

Sabiq baş nazir istintaq orqanına girməzdən əvvəl heç bir açıqlama verməyib.

Əldə olan məlumata görə, yanvarın 15-də baş verən hücumda “Gürcü arzusu”nun parlament üzvləri və Acarıstan Ali Şurasının üzvləri iştirak ediblər. Qiorqi Qaxariyanın burun sümüyü sınıb və beyin silkələnib.

Yanvarın 21-də Qiorqi Qaxariya-nın partiyası xüsusi bəyanat yayaraq bildirib ki, Prokurorluq keçmiş baş nazirə hücumun bütün yazılarını, o cümlədən “The Winchester”in serverlərini ələ keçirib və artıq səs yazısının surəti onlarda yoxdur.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Xahiş edirik, aclıq aksiyasını dayandırın, bizə sizinlə birgə azadlıq lazımdır! – Mzia Amağlobeliyə həmkarların müraciəti

Növbəti Məqalə

Beynəlxalq təşkilatlar AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıblar

Oxşar Xəbərlər