Kesariya Abramidzeni qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib

Daxili İşlər Nazirliyi: Kesariya Abramidzeni qətlə yetirməkdə təqsirləndirilən şəxsi həbs etdik

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi Polis İdarəsinin əməkdaşları 1998-ci il təvəllüdlü B.C.-ni cinsiyyət əlamətinə görə xüsusi amansızlıqla ağırlaşdırıcı şəraitdə xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.

Neytral.ge bildirir ki, cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, bu il sentyabrın 18-də Didi Diğomidə təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1987-ci il təvəllüdlü K.A.-ya evində soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən gizlənib.

Yaralı K.A. aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs “isti izlər”lə yaxalanıb. Cinayətin silahı – bıçaq maddi sübut kimi götürülüb”, – məlumatda deyilir.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “h” və “m” bəndləri ilə xüsusi amansızlıqla və cinsiyyətə görə qəsdən adam öldürmə, ağırlaşdırıcı hallar ilə aparılır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“The Guardian”da Azərbaycanla bağlı məqalə dərc olunub

Növbəti Məqalə

Rusiyanın 42 pilotsuz təyyarəsi və 1 raketi məhv edilib

Oxşar Xəbərlər