Kobaxidze ABŞ haqqında: Bu müvəqqətidir, biz yeni administrasiyanı gözləyəcəyik və onlarla danışacağıq.
Hazırkı administrasiya yeni administrasiyaya, Tramp administrasiyasına mümkün qədər ağır bir miras qoymağa çalışır. Bunu Ukraynaya münasibətdə də edirlər, indi də Gürcüstana münasibətdə edirlər, lakin bunun heç bir prinsipial əhəmiyyəti ola bilməz.
Biz təbii ki, yeni administrasiyanı gözləyəcəyik və yeni administrasiya ilə hər şeyi müzakirə edəcəyik. Ona görə də bu, Salome Zurabişvili kimi müvəqqəti hadisədir.
İrakli Kobaxidze Gürcüstan-ABŞ strateji tərəfdaşlığının dayandırılması haqqında bildirib.