Kobaxidze: Avropa siyasətçiləri və agentlikləri zorakı aksiyaya görə məsuliyyət daşıyırlar.
Dünənki şiddətli mitinqə görə əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri və bürokratlarının və dörd siyasi partiyanın təmsil etdiyi yerli qurum olan 5-ci Kolonnanın üzərinə düşür. Dünən də bəlli oldu ki, hamı hər şeyi çox gözəl bilir, sadəcə olaraq, radikallar və onların xarici havadarları ölkəni parçalamağa və onu Ukraynaya çevirməyə çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan müstəqil dövlətdir, güclü institutları, ən əsası isə təcrübəli və müdrik insanları var. Maydan ssenarisi Gürcüstanda həyata keçirilə bilməz, Gürcüstan dövlətdir və buna imkan verməyəcək.
Baş nazir İrakli Kobaxidze deyib.