Kobaxidze axtarışlar haqqında – Mən buna repressiya deməzdim

Baş nazir İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində axtarışlara reaksiya verir və deyir ki, bunlar repressiya deyil, “bunlar daha çox qarşısının alınmasıdır”.

“Fakt budur ki, bir şey təsdiqlənir, insanlar müvafiq siyasi qüvvələr tərəfindən sistemli şəkildə pirotexniki və digər vasitələrlə təmin olunub, bu, tamamilə aydındır.

Bu gün Daxili İşlər Nazirliyinin müvafiq qurumları aidiyyatı idarələrə, partiya idarələrinə daxil olub, oradan müvafiq materialları çıxardıqlarını gördük. Üstəlik, müvafiq əməliyyat başlayanda müxalifətin siyasi liderlərindən biri, məsələn, Elene Xoştariya birbaşa çıxıb və əvvəlcədən bildirib ki, onlar pirotexniki vasitələr alırlar və bundan sonra da pirotexniki vasitələr alacaqlar. Bununla da, bu siyasi partiyalar faktiki olaraq birbaşa etiraf etdilər ki, bu sistemli kobud zorakılığın arxasında bütün partiya resursu dayanır.

Məşhur bir qrup var – “Daitove”, guya vicdanlı gənclərin yaratdığı qrupdu. Administrator Ukraynada Saakaşvilini ziyarət edən təcrübəli “millətçi” imiş və s. Burada səmimiyyət yoxdur, partiya maraqları, zorakılıq yolu ilə hakimiyyəti dəyişmək marağı var və bunların hamısı bu gün artıq sizin əarşınızdadır”, – Kobaxidze bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vəkil Saba Braçvelidən məsləhətlər

Növbəti Məqalə

“Rustaveli” metrostansiyasının çıxışında polis Gürcüstan bayrağı olan vətəndaşları saxlayıb ayrı otağa aparır

Oxşar Xəbərlər