Kobaxidze iddia edir ki, “Gürcü arzusu”nun reytinqi təxminən 60% təşkil edir.
Bizim reytinqimiz 60%-ə yaxındır, belə bir şəraitdə müxalif texniki hökumətdən danışmaq farsdır, – Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, təqdim olunan plan həyata keçirilməyəcək.
“Reytinqimiz 60% civarındadır, belə bir şəraitdə müxalif texniki hökumətdən danışmaq farsdır. Seçkilər həmişəki kimi keçiriləcək. Noyabrda, dekabrın əvvəlində prlamentin ilk iclası keçiriləcək, qondarma deyil, normal hökumət qurulacaq. Ölkənin inkişafını təmin edən texniki hökumət. Təqdim olunan, həyata keçirilməsi üçün yazılmayan plan isə ölkəni bir il ərzində tamamilə dayandırmaq və bu müddət ərzində daha da çox dövləti müharibəyə cəlb etmək, ölkəni narahat etmək deməkdir. Bu, onların planı, tapşırığı və məqsədidir, hansı ki, həyata keçirilməyəcək”, – deyə baş nazir bildirib.