Bu gün Ukraynada müharibənin başlamasından 3 il ötür. Bu, dost ölkəmiz Ukraynanın tarixində doğrudan da faciəli bir tarixdir.
Müharibənin dost ölkəmiz və xalqı üçün nəticələri çox ağırdır. Bu müharibə nəticəsində çoxlu insan həlak olub, 10 milyona qədər ukraynalı məcburi köçkün və ya qaçqın vəziyyətinə düşüb, bu gün Ukrayna ərazisinin 20%-i Rusiya Federasiyası tərəfindən işğal olunub. İqtisadiyyat, infrastruktur, enerji məhv olub. Ayrılıqda qeyd etmək lazımdır ki, Ukraynanın xarici borcu iqtisadiyyatın demək olar ki, 100%-nə çatır, builki göstərici 96%-dir və ilin sonuna qədər artıq 100%-i keçəcək.
Təbii ki, ilk növbədə dost ölkəmizə əmin-amanlıq arzulayırıq. Başlanmış və Ukraynada sülhün bərqərar olması ilə bağlı prosesin mümkün qədər tez uğurla başa çatdırılması prinsipial əhəmiyyət kəsb edir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, dost ölkəmiz Ukraynada tezliklə sülh bərqərar olacaq.
İvanişvilinin nümayəndəsi İrakli Kobaxidze Ukraynada Rusiya müharibəsinin başlanmasının 3-cü ildönümü ilə bağlı bildirib.