Kobaxidze Bundestaq nümayəndə heyəti ilə bağlı: Mənə də görüş xahiş olundu, amma məncə, bunu etmək hal-hazırda uyğun deyil
Məndən də görüş xahiş olundu, amma müxtəlif amilləri, o cümlədən bir neçə ay əvvəl həmkarlarından birinin etdiyi əməli nəzərə alaraq, bu deputatlarla görüşməyim düzgün deyil.
Yadınızdadır, Bundestaq deputatlarından biri Gürcüstana gəlmişdi, onu bizim komanda üzvü parlamentarilərimizdən biri qarşılamışdı və bundan bir neçə saat sonra o, radikal müxalifətin təşkil etdiyi mitinqdə səhnəyə çıxmışdı və mitinqdə iştirak etmişdi. Bu cür hərəkətlər yolverilməzdir, belə bir fonda görüşlər bizim üçün qəbuledilməzdir, bu halda da komanda üzvlərimizdən biri Bundestaq nümayəndə heyəti ilə görüşəcək ve dediklərimizi bölüşəcək, amma bunun nə dərəcədə təsirli olacağı hələ də bilinmir.
Neytral.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze deyib.
Kobaxidze Bundestaq nümayəndə heyəti ilə görüşməyib. Bundestaqın nümayəndə heyəti ilə görüşdə rəhbərlik komandasının nümayəndəsi Nokoloz Samxaradze olub.