Kobaxidze: DTX-nin sayıqlığı yaxşı haldır ki, heç kim seçkilərə mənfi təsir göstərməsin.
Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, təhlükəsizlik xidmətinin sayıqlığı yaxşıdır ki, heç kim seçkilərə hər hansı mənfi təsir göstərməsin. Kobaxidze DTX-nin bu gün yaydığı bəyanata cavab verib.
“Söhbət ölkəmiz üçün xeyir istəməyən siyasi qüvvələrdən gedir. Söhbət həm xaricdən fəaliyyət göstərən qüvvələrdən, həm də ölkə daxilində fəaliyyət göstərən qüvvələrdən, yəni radikal müxalifətdən və onların xarici havadarlarından gedir. Hesab edirəm ki, belə aktların seçkinin nəticələrinə heç bir təsiri ola bilməz, amma yaxşı haldır ki, bizim dövlət qurumları, xüsusən də dövlət mühafizə xidməti ayıq-sayıqdır ki, bu seçkiyə heç kimin mənfi təsir göstərməsi mümkün olmasın. Ona görə də dövlət təhlükəsizlik xidmətinə təşəkkür etməliyik ki, ictimaiyyətə daha diqqətli olsunlar” – Kobaxidze dedi.