İrakli Kobaxidze Xarici işlər, Ədliyyə və Kənd təsərrüfatı nazirlərini əvəz edib.
Baş nazirin sözlərinə görə, İlya Darçiaşvilinin yerinə Maka Boçorişvili Xarici işlər naziri olacaq.
Anri Oxanaşvili Ədliyyə naziri postunda Rati Breqadzeni əvəz edəcək.
Davit Sonqulaşvili Otar Şamuqiyanın yerinə ətraf mühitin mühafizəsi naziri olacaq.
Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, hər üç sabiq nazir hökumətdə “yüksək vəzifələrdə” fəaliyyətlərini davam etdirəcəklər.