“Tərəflər regionda sülhün bərqərar olmasına hazır olduqlarını təsdiqləyiblər” – Kobaxidze Əliyevlə görüşüb.
Hökumətin məlumatına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Təkbətək görüş Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı çərçivəsində keçirilib.
“Tərəflər konfransda müzakirə olunacaq məsələləri və iki ölkənin strateji tərəfdaşlığını müzakirə ediblər. Onlar müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu, regional əhəmiyyətli birgə layihələrin ölkələrin və regionun inkişafı üçün rolunu vurğulayıb.
Görüş zamanı regionda təhlükəsizlik problemlərinə də diqqət yetirilib. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinə imkan daxilində kömək etməyə hazır olduqlarını təsdiqləyiblər.
İrakli Kobaxidze İlham Əliyevi Gürcüstana rəsmi səfərə dəvət edib”, – hökumət administrasiyası yazıb.