Kobaxidze: Hamı bilir ki, bütün müxalifət televiziyaları qara pulla maliyyələşir

Kobaxidzenin sözlərinə görə, müvafiq qurumlar “müxalifət televiziyalarının qara pulla” maliyyələşdirilməsi məsələsini araşdıracaqlar.

Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərin “Mtavari arxi” kanalının maliyyə məsələsi ilə bağlı sualını cavablandırıb.

Baş nazir tənqidi KİV-ləri “qara pul”la maliyyələşmədə ittiham edib və müvafiq qurumların bu işi araşdıracağını qeyd edib.

“Hamı bilir ki, bütün müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, qara pulla maliyyələşir. Bu yeni xəbər deyil, amma mövzu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Bütün bunlar onu göstərir ki, bu siyasi qüvvələrin siyasi həyatımızda çox mənfi rolu var. Demokratik sistemin sağlam formada fəaliyyət göstərməsinə mane olurlar, konkret televiziya və KİV-lərin yalan təbliğat alətinə çevrilməsi, bunda qara pulun da rolu xüsusidir. Müvafiq qurumlar bu işi araşdıracaqlar”, – deyə İrakli Kobaxidze bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vladimir Zelenski “Qələbə planı”nı Ali Radaya təqdim edib

Növbəti Məqalə

Şimali Koreya Rusiyaya qoşun göndərir?

Oxşar Xəbərlər