İvanişvilinin nümayəndəsi İrakli Kobaxidze Küveyt Dövlətinin Baş naziri Əhməd Əl Abdulla Əl Əhməd Əl Sabah ilə görüşüb.
“Söhbətdə Gürcüstan və Küveyt Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlığa toxunulub.
İrakli Kobaxidze Küveyt Dövlətinin Baş nazirinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.
Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dinamikası və onun gələcək inkişaf perspektivlərinə diqqət yetirilib.
Söhbət zamanı Gürcüstandakı əlverişli biznes mühitinə, müxtəlif istiqamətlərə, o cümlədən turizm, daşınmaz əmlak və enerji sektorlarına investisiya yatırmaq imkanlarına toxunulub. Qeyd olunub ki, turizm Gürcüstanda ən sürətlə inkişaf edən sektorlardan biridir və bu baxımdan Küveyt Dövləti ilə əməkdaşlığın dərinləşdirilməsi prioritetdir”, – hökumət administrasiyasının bəyanatında deyilir.