Jurnalist İvanişvili hökumətinin baş naziri İrakli Kobaxidzeyə biznes nümayəndələrindən çətin iqtisadi proseslərin gözləntiləri və larinin məzənnəsinin ucuzlaşması ilə bağlı sual verib.
Kobaxidzenin sözlərinə görə, onlar radikal müxalifətin tərəfdarıdırlar və illərdir belə danışırlar.
“Əslində bunlar radikal müxalifət tərəfdarlarıdır, illərdir, xüsusən 2020-ci ildən belə danışırlar. Belə tonda danışırlar, daim risklərdən, problemli hadisələrdən danışırlar. Sonda it hürdü, karvan keçdi… Bu bəyanatların fonunda biz 4 ildə iqtisadiyyatı 40 milyard lari böyütdük”, – deyə rejim nümayəndəsi Kobaxidze deyir.
Bir dolların rəsmi məzənnəsi 2,8612 lari, bir avro isə 2,9782 laridir. Bundan əlavə, lari bazardakı bütün 43 valyutaya nisbətən ucuzlaşıb.
Kommersiya banklarında 1 dollar 2,91 lari, 1 avro 3,03 laridir.