İrakli Kobaxidze yeni qanunun qəbul edildiyini elan edir – Baş nazir deyir ki, birpartiyalı parlament toplantı iştirakçılarına müxtəlif üsullarla üzlərini örtməyi qadağan edən qanun qəbul edəcək.
Kobaxidzenin brifinqdə qeyd etdiyi kimi, qanun ayın sonunda qüvvəyə minəcək.
“Biz aksiya iştirakçılarının, o cümlədən əks-toplantı iştirakçılarının müxtəlif yollarla üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik. Bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox mühüm qanundur. Avropa Birliyinə üzv olan bir çox dövlətlərdə belə qanunlar qüvvədədir və bizdə də zorakılığın qarşısının alınması üçün belə bir qanunun qəbul edilməsi vacibdir. Texniki cəhətdən biz hər şeyi elə təşkil edə biləcəyik ki, gələn həftənin sonuna qədər müvafiq qanun qəbul edilsin və ayın sonuna qədər bu qanun tam icra olunsun, – Kobaxidze bildirib.