Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin iqlim konfransında iştirak edəcək

Hökumət administrasiyasının məlumatına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında iştirak edəcək.

Hökumətdən verilən məlumata görə, konfransa BMT-nin baş katibi Antonio Qutyerres və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ev sahibliyi edəcəklər.

Kobaxidze Bakıya səfəri zamanı Azərbaycan prezidenti ilə təkbətək görüş keçirəcək.

“Gürcüstanın Baş naziri COP29-da baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edəcək.” – hökümət administrasiyası yazıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Fələstinli məhbuslar Həmas tərəfindən işgəncələrə məruz qalıblar

Növbəti Məqalə

Azadlıq meydanı bağlandı – vətəndaşların etiraz yürüşü başladı

Oxşar Xəbərlər