Kobaxidze: Əgər başqa ölkələrdə neqativ bir hadisə baş verərsə, o qlobal müharibə partiyasi tərəfindən planlaşdırılıb.
Baş nazir İrakli Kobaxidze deyib ki, ola bilsin ki, Qərbdə kimlərsə Gürcüstanda 2020-ci ildə keçirilən parlament seçkilərində “Gürcü arzusu”nun qalib gəlməsi və müxalifətin məğlub olmasından qıcıqlanıb. Bu açıqlamaya cavab olaraq jurnalist ondan Gürcüstanın strateji tərəfdaşlarını nəzərdə tutduğunu soruşub.
“Xeyr, kimləri nəzərdə tutduğumu bilirsiniz. Bu, Qlobal Müharibə Partiyasıdır. Bunda əfsanəvi heç nə yoxdur. Əgər Qlobal Müharibə Partiyasını istisna etsəniz, ya AB-ni, ya da ABŞ-ın rəsmi strukturlarını günahlandırmaq lazımdır. Əslində, əgər müxtəlif ölkələrdə mənfi bir şey olur, hər şeyi Qlobal Müharibə Partiyası planlaşdırır.” – Kobaxidze jurnalistlərə belə cavab verdi.