Baş nazir İrakli Kobaxidze ABŞ-a dəvətin ləğvində qlobal müharibə tərəfinin izlərini görür.
“O ki qaldı nahara, ya da əl sıxmağa, iştiraka bütün nümayəndə heyətləri, 200 ölkə dəvət olundu. Bu iki yüz ölkədən neçəsi avtoritardır? Təxminən yarısı özünü tanıyan, ya da başqaları tərəfindən tanınan avtokratlardır və onları dəvət etdilər, məntiq burada yeganə şeydir və bu işdə də Qlobal Müharibə Partiyasının əli var”,- Kobaxidze deyib.
Sentyabrın 25-də ABŞ-ın Gürcüstandakı səfirliyi Bayden administrasiyasının Gürcüstanın baş naziri İrakli Kobaxidzenin dünya liderlərinin və BMT-nin yüksək rütbəli rəsmilərinin ənənəvi qəbuluna dəvəti ləğv etməsi və Gürcüstan nümayəndə heyəti ilə bu ölkənin rəsmilərinin bütün görüşlərdən imtina etməsi barədə yayılan məlumatı təsdiqləyib.