Kobaxidze Vilsonu “Amerikalı Kubilius” adlandırır

İrakli Kobaxidze Trampın ətrafının üzvü, Helsinki Komissiyasının sədri Co Vilsonu “Amerikalı Kubilius” adlandırır. Qeyri-qanuni baş nazir iddia edir ki, Vilsonun sözləri heç bir məna daşımır və Salome Zurabişvili Trampın andiçmə mərasiminə “adi vətəndaş” kimi dəvət olunub. 

“Amerikalı Kubilius Salome Zurabişvilini inauqurasiyaya dəvət edib. Yüz minlərlə insan kimi Zurabişvili də inauqurasiyada iştirak edə bilər, bir vətəndaş Zurabişvili kimi. Amerikalı Kubiliusun açıqlamalarının heç bir əhəmiyyəti yoxdur, – İrakli Kobaxidze bildirib.

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət olunub. 

Bu barədə Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson x-də yazıb.

Co Vilson vurğulayır ki, Zurabişvili Gürcüstanın yeganə qanuni lideri kimi inauqurasiyaya dəvət olunur.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Zurabişvili: Mən saraydan çıxacağam, yanınıza gələcəm və sizinlə olacam

Növbəti Məqalə

Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 127 nəfər ölüb

Oxşar Xəbərlər