İvanişvilinin baş naziri İrakli Kobaxidze Batumidə iki azyaşlının ölümü ilə nəticələnən “Xəyallar şəhəri” hadisəsindən kədərləndiyini bildirib.
“Batumidə baş verən və iki uşağın həyatını itirdiyi faciə məni çox kədərləndirdi. Qəzada azyaşlı uşaqlarını itirən ailələrə təsəlli tapmaq çətindir.
Gürcüstan hökuməti və şəxsən öz adımdan həlak olan uşaqların ailələrinə, onların yaxınlarına və bu böyük ağrını yaşayan hər kəsə dərin hüznlə başsağlığı verirəm”, – Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, fevralın 15-də Batumidə qondarma Xəyallar şəhəri ərazisində iki azyaşlı səngərə düşərək ölüb.
KİV-in məlumatına görə, ölən uşaqların 7 və 5 yaşı var.