Kobaxidzenin istəklərindən biri tərəfdaşların vətəndaş cəmiyyətini maliyyələşdirməsini dayandırması idi – Cin Şahin
Neytral.ge xəbər verir ki, Senator Cin Şahin “Nationaljournal”a müsahibəsində Gürcüstana səfərindən danışıb və deyib ki, Kobaxidzenin arzularından biri tərəfdaşların vətəndaş cəmiyyətini maliyyələşdirməyi dayandırmasıdır.
„Biz görüşəndə baş nazir bizə bir şeyi dedi – biz ABŞ-la münasibətlərdən danışırdıq və münasibətlərin pisləşməsindən narahatlığımızı bildirdik. Onun tələbi isə “Gürcü Arzusu” hökumətini tənqid edə biləcək bütün vətəndaş cəmiyyətlərinin maliyyələşdirilməsini dayandırmaq idi.
Bizim səfərimizdən sonra iqtidarın bütün müxalifət partiyalarının buraxılmasından danışdığını görmək, bizi daha da narahat edir. Daha çox avtokratiyaya çevrilməkdən danışırlar. Onlar demokratiya yox, diktatura səpmək istəyirlər”, – Şahin deyir.