“Kobaxidzenin qərarı Moskvada alqışlandı, Rusiya “Gürcü Arzusu”na təriflər yağdırdı” – Zurabişvili

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili nüfuzlu “France 24” telekanalına müsahibəsində İvanişvili rejiminin bu ölkədə Rusiyanın maraqlarını güdməsi ilə bağlı sərt mesajlar verib.

Xalqın seçdiyi prezident birbaşa kameralar qarşısında bəyan edir ki, “Gürcü arzusu”nun baş nazirin Avropa İttifaqına üzvlük prosesini dayandırmaq qərarı Moskvada alqışlarla qarşılanıb.

Salome Zurabişvili deyir ki, gürcü xalqı hakim partiyanın Rusiyanın orbitinə qayıtmaq istədiyini yaxşı bilir: “Rusiya “Gürcü arzusu”nun hər dəfə verdiyi qərarını tərifləyir”.

“İnsanlar 60 günə yaxındır ki, küçələrdə dayanır. Onların əsas tələbi yeni seçkilərdi, ikinci, ən əsası isə qeyri-qanuni həbsdə olan şəxslərin azadlığa buraxılmasıdır. Bu ikinci tələb qeyri-legitim baş nazirin Avropa ilə danışıqların dayandırılacağını deməsindən sonra əlavə edilib. Bu, etirazlardan sonra daha bir böyük ictimai qəzəb dalğası idi. İndi Ukrayna və Moldovanın etdiyi kimi danışıqların vaxtıdır.

Bizim boş yerə vaxtımız yoxdur. 5-10 ildən sonra nə olacağını bilmirik. Avropa bizi qəbul etmək istəyəcəkmi. Baş nazirin qərarı Moskvada alqışlarla qarşılanıb. Demək olar ki, bu qədərdir. Rusiya “Gürcü arzusu”nu bütün qərarlarını tərifləyir. Ona görə də insanlar başa düşdülər ki, “Gürcü Arzusu” ölkəni Rusiyanın orbitinə qaytarmaq istəyir” – Salome Zurabişvili bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Türkiyənin Konya şəhərində üçmərtəbəli bina uçub, xilasetmə işləri davam edir

Növbəti Məqalə

Pasinyandan “erməni genosidi” ilə bağlı sensasion bəyanat

Oxşar Xəbərlər