Pilotsuz təyyarənin hücumu nəticəsində Krasnodar vilayətində silah anbarı partlayıb.
Neytral.ge xəbər verir ki, Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində Rusiyanın Krasnodar vilayətinin Tixoretsk kəndində silah anbarı yanıb, sonradan böyük partlayış baş verib. Məlumat Rusiya KİV-lərində və Telegram kanallarında yayılıb.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, ukraynalılar bölgəyə pilotsuz təyyarələrlə hücum ediblər. Rusiya hava hücumundan müdafiə qüvvələri iki pilotsuz təyyarəni havada məhv edib, lakin onların dağıntıları Tixoretsk silah anbarına düşüb və nəticədə yanğın və partlayış baş verib.
“Təhlükəsizlik məqsədilə partlayış yerinin yaxınlığında yaşayan kəndlilər müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə təxliyə edilir”, – Kondratiyev Telegram-da yazıb.