Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Kursk vilayətindəki Ukrayna bölmələrinin mühasirəyə alınması ilə bağlı bəyanatlarını təkzib edir.
Baş Qərargahın məlumatına görə, Rusiya tərəfi siyasi məqsədlər və Ukraynaya təzyiq göstərmək üçün yalan məlumatlar yaradır.
Bu barədə Baş Qərargah Facebook-da məlumat yayıb.
“Kursk vilayətindəki Ukrayna bölmələrinin “mühasirə” ilə əhatə olunması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil və ruslar tərəfindən siyasi məqsədlər, Ukraynaya və onun tərəfdaşlarına təzyiq göstərmək üçün yaradılıb.
Son sutka ərzində vəziyyət ciddi dəyişməyib. “Kursk hərbi qrupunun əməliyyat zonasında döyüş əməliyyatları davam edir”, – Baş Qərargahın bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Kurskdakı Ukrayna hərbi hissələri yenidən qruplaşdırılaraq “daha əlverişli müdafiə xətlərinə keçib”.
“Əsgərlərimiz düşmənin hücum hərəkətlərini dəf edir və biz bütün növ silahlardan istifadə etməklə onlara effektiv zərbə vururuq. Günün əvvəlindən Kursk cəbhəsində 13 döyüş atışması keçirilib. Bölmələrimiz üçün mühasirə təhlükəsi yoxdur”. – bəyanatda yazılıb.