Kutaisi həbsxanasında məhbus döyülüb

Kutaisi cəzaşəkmə müəssisəsinin ikinci bölməsində məhbus döyülüb.

Neytral.ge Acara Times-a istinadən xəbər verir ki, bu barədə məlumat zərərçəkmiş məhbusun ailə üzvləri mediaya məlumat verib.

Ailə üzvlərinin sözlərinə görə, məhbus bədənindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, əvvəlcə Kutaisi klinikalarından birinə yerləşdirilsə də, sonradan Tbilisiyə köçürülüb.

Ailəsi və yaxınları hələ də məhkumun kim tərəfindən fiziki təzyiqə məruz qaldığını və onun səhhətinin necə olduğunu bilmirlər.

Həkimlər30 yaşlı məhkumun həyatını xilas etmək üçün mübarizə aparırlar. İki nömrəli cəzaçəkmə müəssisəsində isə məhkumun özünə xəsarət yetirdiyi iddia edilir. Zərərşəkmişin ailəsi isə bu iddiaya inanmır və qəbul etmir.

“Mənə zəng edib demişdilər ki, o, 2 həftə karantində olacaq. Bu gün səhər mənə zəng etdilər ki, məhbus Kutaisi referal xəstəxanasındadır, getdik, gördük. O, aparata qoşulmuşdu, çox ağır bıdın xəsarətləri alıb. Onun hazırki durumunu təsəvvür edə bilməzsiniz. o ölümcül döyülüb. Bizim ailə üzvümüz karantinə alınacaqdısa o, karantində tək olmalı idi elə deyilmi?! Yalan danışılır ailə üzvümüz karantində olmayıb və özünə xəsarət yetirməyib.  Fakt ortadadır- o döyülüb”, – ailə üzvlərindən biri deyir

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili əvvəl və indi – xalqa verilmiş vədlər və boş ümidlər:(2012-2024-cü illərə qısa səyahət)

Növbəti Məqalə

Rusiya kəşfiyyatı: ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır

Oxşar Xəbərlər