Aksiya təşkilatçılarından biri Mişiko Mumladze Kutaisidə davam edən etiraz aksiyası zamanı polis tərəfindən həbs edilib.
“Gürcü Arzusu”nun Kutaisi, Zuqdidi və Batumidəki ofisləri yaxınlığında etiraz aksiyaları keçirilir.
Baş nazir İrakli Kobaxidzenin keçirdiyi brifinqdə “Gürcü arzusu”nun 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqlara başlama prosesini dayandırmaqları barədə bəyanatından sonra vətəndaşlar Tbilisi və Gürcüstanın digər şəhərlərində küçələrə axışıb.