Dövlət məmurlarına təzyiqlərlə bağlı yeni faktlar – məlum olur ki, Kvarelidə dövlət xidmətlərində çalışan insanlar hakim partiyanı dəstəkləməyə məcburdurlar, həmçinin onların ailə üzvləri qeyri-hökumət təşkilatlarının maarifləndirmə proqramlarında iştirak etməkdən imtina etməlidirlər , xüsusilə də regionların əhalisi üçün nəzərdə tutulan.
Avro-Atlantika Mərkəzinin rəhbəri Nika Qurin bildirir ki, iqtidar Kvarelidə repressiyalara başlayıb, onun qurbanları dövlət qulluqçuları ilə yanaşı, yerlilər də var.
Qurin yerli əhaliyə təzyiq göstərən şəxslərin ad və soyadlarını ictimaiyyətə açıqlamaq niyyətində olduğunu bildirir və dövlət məmurlarını konstitusiya çərçivəsinə qayıtmağa çağırır.