Lari ildırım sürəti ilə ucuzlaşır – ekspertlər həyəcan təbili çalır
Milli valyuta ildırım sürəti ilə dəyərini itirir – lari Gürcüstan bazarında faktiki olaraq bütün valyutalara nisbətdə devalvasiyaya uğrayır.
Vetonu ləğv etdikdən və Rusiya qanununu qəbul etdikdən sonra yəni təxminən bir həftə ərzində lari təkcə avroya nisbətdə 17 tetri ucuzlaşıb. Kommersiya banklarında bir dollar almaq üçün 2 lari 84 tetri lazımdır, avro isə üç lari həddini keçib.
Ehtiyatlardan iki milyon dollara qədər vəsaitin satılması vəziyyəti sabitləşdirmədi. GEL-in devalvasiyası qiymət artımında özünü göstərir. Gürcüstan Distribyutorlarının Biznes Assosiasiyasının sədri İva Çkoniya deyir ki, ehtiyatların israf edilməsi kifayət qədər çətin və uğursuz mövzudur, çünki bunun nə qədər davam edəcəyi və prosesləri dayandıracağı məlum deyil.
Çxoniyanın sözlərinə görə, ölkəyə qrant şəklində daxil olan yüz milyonlarla dollar faktiki olaraq hamısı dayandırılıb ki, bu da ölkəmizi qara „ləkəyə” çevirəcək
Oxşar Xəbərlər
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib
Gürcüstan hökuməti Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni vəzifəsindən azad edib. Neytral.ge xəbər verir ki,…
Kobaxidze XİN-nə gizli şəkildə niyə daxil olub?
Ölkənin qeyri-legitim baş nazirinin gizli şəkildə Xarici İşlər Nazirliyinə daxil olması, utanvericidir” – Salome Zurabişvili “Bir ölkənin qeyri-legitim…
İranın prezidenti „Gürcü arzusu”nu təbrik etdi
“Zati-aliləri və gürcü xalqını parlament seçkilərinin uğurlu keçməsi və bu seçkilərdə “Gürcü Arzusu” partiyasının qələbəsi münasibətilə ürəkdən təbrik…