Yanvarın 1-də Las-Veqasda “Trump” otelinin qarşısında atəşfəşanlıq və yanacaqla dolu Tesla Cybertruck partladı. Polis hadisənin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa, yoxsa onun müttəfiqi, Tesla sahibi İlon Maska qarşı yönəldiyini hələ müəyyən etməyib.
Partlayış nəticəsində avtomobilin sürücüsü həlak olub, 7 nəfər isə yüngül xəsarət alıb.
ABŞ prezidenti Co Bayden bildirib ki, bu hadisənin Yeni il gecəsi Yeni Orleanda avtomobilin “qəsdən” kütlənin üzərinə sürdüyü insidentlə əlaqəsi versiyası yoxlanılır.
Son məlumatlara görə, Yeni Orleanda baş verən insident nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb. Hər iki halda nəqliyyat vasitələri eyni avtomobil icarəsi xidmətindən icarəyə götürülüb.