Biz prezident Əliyevin təşəbbüsünü fəal dəstəklədik, prezident Ərdoğan da 3+3 mexanizminin yaradılması təşəbbüsünü dəstəklədi – üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu: Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran. Artıq ilk təmas qurulub, gürcü qonşularımız onlara ayrılan yeri hələ tutmayıblar, bu oturacaq bizim regionun problemlərini müzakirə etmək üçün toplaşdığımız masanın arxasındadır, həmişə onların ixtiyarındadır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə diplomatik fəaliyyətə yekun vuran mətbuat konfransında deyib.