Liloda “Kaxeli” restoranının yaxınlığında güllələnən 4 uşaq atasının kim olduğu məlum olub – Hadisənin yeni təfərrüatları

Dünən Lilo qəsəbəsində qətl hadisəsi baş verib. “Kaxeli” restoranının yaxınlığında maşında kişiyə atəş açılıb.  Mebel biznesi ilə məşğul olan 47 yaşlı, 4 uşaq atası, Temur Toliaşvili öldürülüb.

Mövcud məlumata görə, atışmadan sonra yaralı özünü xilas etmək istəyərkən təmizləyici maşınla toqquşub.

Qətllə bağlı iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atışmadan əvvəl mübahisə olub.

“Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları isti izdə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü L.K. qəsdən adam öldürmə ittihamı ilə, 1990-cı il təvəllüdlü Z.Ş. isə xüsusilə ağır cinayət barədə məlumat vermədiyi üçün həbs edilib. Cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il yanvarın 31-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində Tbilisi şəhərində 1977-ci il təvəllüdlü T.T.-yə bir neçə güllə yarası vurub. Aldığı xəsarətlər nəticəsində T.T hadisədən bir neçə dəqiqə sonra avtomobilində dünyasını dəyişib.

Hadisədən bir neçə saat sonra L.K. polis idarəsinə gəlib və cinayət silahını təqdim edib. Müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra o, təqsirləndirilən şəxs qismində həbs edilib. İstintaq həmçinin müəyyən edib ki, Z.S qətlin şahidi olub, lakin o, cinayət barədə polisə məlumat verməyib.” – məlumatda deyilir. .

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Azadlıq Uğrunda” Tələbə Hərəkatı bəyanat yayıb

Növbəti Məqalə

Sona qədər! – Tbilisi Mall-da elan edilən böyük toplantıya bir neçə saat qalıb

Oxşar Xəbərlər