Lilo qəsəbəsində qətl – yeni detallar məlum olur. Məlum olub ki, mebel biznesi ilə məşğul olan 4 uşaq atası gecə saatlarında avtomobilində bir neçə güllə yarası alıb.
Yerli sakinlər “TV Pirveli” telekanalının müxbirinə bildiriblər ki, atəş səsi eşidiblər, bundan sonra hücum edən şəxs yerindən itib, yaralı isə özünü xilas etməyə çalışarkən təmizləyici maşınla toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, atəş açıldığı avtomobilin nömrələri çıxarılıb və bu, vətəndaşlarda qətlin əvvəlcədən planlaşdırıldığına şübhə yaradır.
Zərərçəkmişlə basqın edən şəxsin arasında qarşıdurmanın əvvəllər də baş verdiyi məlum olub.
“Aşağıya doğru döngədə dayanan adam güllələnib. Bir neçə dəfə atəş açılıb. O, 40 yaşına qədər kişidir. Maşının nömrələr də çıxarılmışdır. Burali deyil, mən heç o maşını tanımıram”, – yerli sakin deyir.
Daxili İşlər Nazirliyinin əməkdaşları gecə boyu əməliyyat-axtarış tədbirləri həyata keçirib. İstintaq çərçivəsində onlar müşahidə kameralarının qeydlərini ələ keçiriblər. Hal-hazırda silahlı şəxs ölkənin hər yerində axtarışdadır.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə istintaq başlayıb.