Bu, qarşısının alınması, xəbərdarlıq etmək üçün edilib – Liluaşvili DTX-nin bəyanatı haqqında.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin sözlərinə görə, agentlik profilaktika məqsədilə “saxta qeydlər”lə bağlı açıqlama verib.
“Bu, xidmətdə olan məlumatdır, profilaktika, xəbərdarlıq məqsədi ilə edilir. Bu işlə məşğul olan şəxslər üçün edilir ki, qanunda nəzərdə tutulmuş, yəni qanun pozuntusu adlanan qırmızı xətti keçsələr, müvafiq tədbirlər görüləcək.
Bu, bu məsələdə daha diqqətli olmaq üçün xəbərdarlıq idi… Bu qeydlər DTX-dən deyil, gündəlik dinc birgəyaşayışa dissonans gətirməyə çalışacaq qruplardandır”,- Liluaşvili bildirib.