Bu günlərdə üç Baltikyanı ölkənin xarici işlər nazirləri sosial şəbəkələrdə Gürcüstanın onlarla yüksək rütbəli məmurlarının ölkələrinə girişinə qadağa qoyulduğunu elan ediblər. Estoniyanın xarici işlər naziri Marqus Tsaknanın sözlərinə görə, prokurorlar, hakimlər, polislər və parlamentarilər də daxil olmaqla 55 nəfərin Estoniyaya girişi qadağan edilib.
Latviya 16 nəfər, Litva isə 74 nəfər məmuru persona non qrata elan edib. Litvanın xarici işlər naziri Kestutis Budris qeyd edib ki, qərarın səbəbi Gürcüstanda insan haqlarının kobud şəkildə pozulması və repressiyalardır.