Litva tərəfindən sanksiyaya məruz qalan “Gürcü arzusu”nun yüksək vəzifəli şəxslərinin siyahısı

“Gürcü arzusu”nun yüksək rütbəli məmurları ilə yanaşı, oliqarxın partiyasına yaxın olan şəxslərin və Litvanın sanksiyasına məruz qalan hakimlərin adları məlumdur. Sanksiya siyahısında 17 nəfər var.

Siyahı: Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili , “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze, Apellyasiya Məhkəməsinin sədri hakim Mixeil Çinçaladze, keçmiş baş prokuror Otar Partsxaladze, “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze, “İmedi” teleşirkətinin sahibi İrakli Ruxadze, Ali Ədliyyə Şurasının üzvü, hakim Levan Murusidze, Ali Məhkəmənin hakimi Şalva Tadumadze, POSTV-nin sahibi Viktor Caparidze, “Gürcü arzusu”nun üzvü Dito Samxaradze, oliqarx Bidzina İvanişvilinin ideoloqu Qoqa Xaindrava, baş nazir İrakli Kobaxidze, İrakli Kobaxidzenin atası Qiorqi Kobaxidze , İmeretinin keçmiş qubernatoru və “Gürcü Arzusu”nun üzvü Zviad Şalamberidze, “Gürcü arzusu”nun üzvü, Tea Tsulukiani, Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze və Rabitə Komissiyasının rəhbəri Kaxa Bekauri.

Xatırladırıq ki, dekabrın 15-də Estoniyanın xarici işlər naziri Marqus Tsahkna X-də İrakli Kobaxidze də daxil olmaqla, qeyri-legitim hökumətin daha 14 üzvünə sanksiya tətbiq olunduğunu yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bu gün Aİ xarici işlər nazirlərinin görüşündə Gürcüstan məsələsi müzakirə olunacaq

Növbəti Məqalə

Münhendə mühacirlərin aksiyası

Oxşar Xəbərlər