“Hizbullah” qruplaşmasının yüksək səviyyəli komandiri Şeyx Məhəmməd Həməd Livanın Müşqar şəhərindəki evinin qarşısında öldürülüb.
Yerli medianın məlumatına görə, Həmədə evinin qarşısında iki müxtəlif avtomobildən 6 dəfə atəş açılıb.
Hadisədən az sonra Livanda araşdırma başlayıb. Livanın “Əl-Nahar” nəşrlərindən birinin məlumatına görə, qətlin səbəbi bir neçə ildir davam edən və siyasi motivləri olmayan şəxsi mübahisədir.
Sui-qəsddən üç gün əvvəl Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib. Tərəflər bu razılaşmanı yanvarın 15-də əldə ediblər.