Yanvarın 7-də Los-Ancelesdə baş verən genişmiqyaslı meşə yanğını 5 nəfərin həyatına son qoyub, 130 min insan isə təxliyə olunmağa məcbur olub. Bu barədə AP News məlumat yayıb.
BBC-nin məlumatına görə, Los-Ancelesdə və qonşu Ventura dairəsində yanğın fəlakətli sürətlə yayılır və ən azı altı yanğın tüğyan edir. KİV-in məlumatına görə, hazırda yanğının odağı lokallaşdırılmayıb.
ABŞ prezidenti Co Bayden Los-Ancelesdə genişmiqyaslı yanğınların yaratdığı böhranla əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə yanvarın 8-də Ağ Ev bəyanat verib.